çərşənbə, 27 noyabr 2024

BİZİM FUTBOL

“Kayrat"ın erməni yarımmüdafiəçisi: "Bakıya getməyə və oynamağa hazır idim"

15.10.2021 10:39 Oxundu 681


“Kayrat"ın erməni yarımmüdafiəçisi Kamo Oqanesyan Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la oyun üçün Bakıya səfər etməyəcəyindən danışıb.

"CEMPİON.AZ" xəbər verir ki, 29 yaşlı futbolçu “Matç TV”yə açıqlamasında deyib:
“Yalnız deyə bilərəm ki, Bakı mənim təhlükəsizliyimə zəmanət verə bilməz. Onsuz da ora getmək istəyim yox idi. Amma getməyə və oynamağa hazır idim. “Kayrat”a yalnız qələbə arzulayıram. Mənsiz də istənilən rəqibi məğlub edə bilərlər. Yaxşı komandamız var”.
Xatırladaq ki, "Qarabağ" Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda oktyabrın 21-i "Kayrat"ı qəbul edəcək.