çərşənbə, 27 noyabr 2024

BİZİM FUTBOL

“Qarabağ” topa çox sahib olur, “Kayrat” buna hazır olmalıdır"

21.10.2021 11:47 Oxundu 502


“Qarabağ” oyunun favoritidir, çünki evdə çıxış edir. Həm də bu komanda Avropada böyük təcrübəyə malikdir”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu “Kayrat”ın keçmiş baş məşqçisi Karlos Alos Ferrer bu komandanın Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la keçirəcəyi oyun barədə fikir bildirərkən deyib.
İspaniyalı mütəxəssis Qazaxıstan təmsilçisinin Bakıda qələbə qazanmaq şansının az olduğunu bildirib: “Kayrat” matça daha az təzyiqlə çıxacaq. Qazaxıstan təmsilçisinin qalib gəlmək şansı var, çünki əla komandadır. Fikrimcə, “Qarabağ”ın uğur qazanma ehtimalı 60 faizdir. Lakin almatılıların lazım olan xalları qazanmaq üçün hələ də şansları var”.
“Qarabağ”a qarşı necə oynamağın yollarını göstərən Karlos Alos Ferrer, xüsusən də, əks-hücumlar zamanı dəqiq oynamağın vacibliyini vurğulayıb: “Qarabağ” topa çox sahib olur, “Kayrat” buna hazır olmalıdır. Kurban Berdıyevin hücumçuları bütün şanslardan istifadə etmək məcburiyyətindədir. Qonaqlar müdafiədən hücuma keçərkən boşluqlardan yararlanmalıdır. Komanda kollektiv şəkildə müdafiəyə çəkilməyə hazır olmalıdır. Həmişə keçmiş komandalarıma azarkeşlik etmişəm. Ümid edirəm ki, “Kayrat” 2:1 hesablı qələbə qazanacaq. Ancaq asan olmayacaq”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Kayrat” oyunu saat 20:45-də başlayacaq.