24.10.2021 17:22
434
"Barselona"nın prezidenti Joan Laporta "El Klassiko" ərəfəsində baş məşqçi Ronald Kumanın gələcəyi haqqında fikirlərini bildirib.
"CEMPİON.AZ" sport.es-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri niderlandlı mütəxəssisə dəstəyini ifadə edib. Laporta "Real"la oyunun nəticəsinin baş məşqçinin gələcəyinə heç bir şəkildə təsir etməyəcəyini bildirib: "Bəli, bəli, əlbəttə ki, Kuman "El-Klassiko"nun nəticəsindən asılı olmayaraq "Barselona"da qalacaq".
Xatırladaq ki, bu gün keçiriləcək "Barselona" - "Real" görüşü Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.