çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

“Yuventus”un prezidenti Avropa Superliqasının yaradılmasında israrlıdır

30.10.2021 09:28 Oxundu 474

“Yuventus”un prezidenti Andrea Anyelli Avropa Superliqası layihəsi ilə bağlı növbəti dəfə fikir bildirib.
"CEMPİON.AZ"
 saytının məlumatına görə, o, bu layihəni yenə müdafiə edib.

Anyellinin fikrincə, Superliqanın yenidən yaradılması və turnir təşkili üçün sona qədər mübarizə aparacaqlar: “Avropa Məhkəməsinin qərarını gözləyirik. Təslim olmaq fikrində deyiləm. Bunu dünən etməmişəm, sabah da etməyəcəyəm. Sistem dəyişikliklərinə ehtiyac duyulur və “Yuventus” bunun bir hissəsi olmaq istəyir. Ancaq hər kəs üçün yalnız konstruktiv dialoq yolu ilə”.

Qeyd edək ki, Avropa Superliqası qitənin 12 nəhəng klubunun təşəbbüsü ilə yaradılsa da, UEFA və FİFA-nın təzyiqlərindən qısa müddət sonra fəaliyyətini dayandırıb.