30.10.2021 10:44
567
“Leypsiq”in yarımmüdafiəçisi Dani Olmo ilə maraqlanan klubların sayı gündən-günə artır.
"CAMPİON.AZ" xəbər verir ki, Bundesliqa təmsilçisi 23 yaşlı futbolçu üçün daha bir təklif alıb.
Bu dəfə “Manchester City” İspaniya millisinin oyunçusu üçün müraciət edib. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola “Barselona”nın yetirməsi olan Olmonu çox bəyənir və onu sərəncamında görmək niyyətindədir. “Leypsiq” oyunçusunu mövsümün sonunda satmaq niyyətindədir. Ancaq futbolçu özü isə “Barselona”ya qayıtmaq arzusundadır.
Qeyd edək ki, Dani Olmo cari mövsüm 3 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.