çərşənbə, 27 noyabr 2024

BOKS

Azərbaycanın daha 2 boksçusu 1/8 finalda

30.10.2021 13:36 Oxundu 480


Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir. 

"CAMPİON.AZ" xəbər verir ki, mundialın beşinci günü rinqə çıxan Azərbaycan millisinin 2 üzvü 1/8 finalda iştirak etmək hüququ qazanıb. 

İlk görüşdə Çarles Petit-Hommu (Haiti) mübarizədən kənarlaşdıran Tayfur Əliyev (60 kq) 1/16 finalda italiyalı Simone Spada ilə üz-üzə gəlib. Boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Əliyev 1/8 finalda Arslan Xatayevlə (Finlandiya) münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 31-də olacaq.

Onun qardaşı Sərxan Əliyev də dünya çempionatına qələbə ilə başlayıb. 71 kq çəkidə rinqə çıxın boksçu Stefen Nevnsi (Şotlandiya) məğlub edib – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26). Əliyev 1/8 finalda yaponiyalı Yuta Akiyama ilə döyüşəcək. Görüş oktyabrın 31-nə təsadüf edəcək. 

Qeyd edək ki, mundialın altıncı günü 2 boksçumuz mübarizə aparacaq. Malik Həsənov (63,5) Ovannes Baçkovla (Ermənistan), Mirşərif Kazımzadə (75 kq) Soma Mesterlə (Macarıstan) qüvvəsini sınayacaq.