çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Emrelinin komandası uğursuz mövsüm yaşayır

01.11.2021 10:31 Oxundu 455


Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”nın heyətində növbəti oyununu keçirib.

"CEMPİON.AZ" xəbər verir ki, 24 yaşlı forvardın komandası Polşa Ekstraklasasının XIII turunda ev matçına çıxıb.

Uğursuz mövsüm keçirən Varşava təmsilçisi turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan “Poqon”u qəbul edib. Yeni baş məşqçi Marek Qolobyevskinin rəhbərliyi altında çempionatda ilk görüşünə çıxan “Legiya” növbəti məğlubiyyətini alıb. Hər hissədə bir qol vuran Şetsin klubu səfərdə 2:0 hesablı qələbəyə sevinib.

Start heyətində meydana çıxan Mahir Emreli oyuna 61-ci dəqiqədən qoşulub.

Hazıra aktivində 9 xal olan “Legiya” turnir cədvəlində 16-cı pilləyə, təhlükəli zonaya yuvarlanıb.