çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Təvazökar Sadio Manedən həyat dərsi 

01.11.2021 15:23 Oxundu 477


2019-cu ildə ekranı çatlamış “iPhone” telefonu işlətdiyini əks etdirən şəkli paylaşılan Seneqal millisinin üzvü dünyaya təvazökarlığı ilə meydan oxuyub.
"CEMPİON.AZ" 
xəbər verir ki, illik qazancı 11,5 milyon funt sterlinq olan 29 yaşlı Sadio Mane sadə qalmasının sirrini açıqlayıb. “Liverpul” klubunun hücumçusu aclıq içindən çıxdığını və yoxsul insanların nələr çəkdiyini yaxşı başa düşdüyünü deyib:
“Niyə 10 “Ferrari” avtomobili, 20 brilyant saat və ya 2 reaktiv təyyarə istəyim? Bunun dünyaya nə faydası olar? Ac qaldım, tarlalarda işlədim, ayaqyalın oynadım və məktəbə getmədim. İndi insanlara kömək edə bilərəm. Mən məktəb tikdirməyi, kasıblara yemək və ya paltar verməyi üstün tuturam. Mən məktəblər və stadion tikdirmişəm. Hədsiz kasıb insanlara paltar, ayaqqabı və yemək veririk. Çox yoxsul bir Seneqal bölgəsində yaşayan bütün insanlara ailələrinə yardım etmələri üçün hər ay 70 avro verirəm. Dəbdəbəli avtomobilləri, evləri, səyahətləri və ya təyyarələri nümayiş etdirməyə ehtiyacım yoxdur. Mən həyatın mənə bəxş etdiklərinin bir qismini xalqımın almasına üstünlük verirəm”.