02.11.2021 16:55
457
FİFA Meksika Futbol Federasiyasını cərimələyib.
"CEMPİON.AZ" xəbər verir ki, buna yerli azarkeşlərin davranışı səbəb olub.
Meksika millisinin son matçlarında fanatların LGBT əleyhinə şüarlar səsləndirməsi federasiyaya baha başa gəlib. Qurum 110 min dollar məbləğində cərimələnib.
Həmçinin Meksika yığmasına qarşıdakı iki ev oyununu azarkeşsiz keçirmək cəzası kəsilib.