03.11.2021 10:00
466
"Qalatasaray"ın vitse-prezidenti Rezan Epözdemir Fatih Terimin maaşı ilə bağlı açıqlama verib.
"CEMPİON.AZ" xəbər verir ki, Epözdemir Fatih Terimin illik 40 milyon TL maaş (təxminən 7 milyon 55 min 41 AZN) alması ilə bağlı yayılan iddiaları təkzib edərək müqavilənin detallarını açıqlayıb:
"Haqqında danışılan pullar xəyalidir. Bildirmək istəyirəm ki, treynerimiz boş kağıza imza atmışdı. Biz də ödəniləcək məbləği dürüst bir şəkildə təyin etdik. Bu məbləğ 21 milyon TL-dir (təxminən 3 milyon 703 min 896 AZN).
Qeyd edək ki, "Qalatasaray"ın baş məşqçisinin müqavilədən əvvəlki maaşı 18 milyon TL (təxminən 3 milyon 174 min 7 yüz 69 AZN) olub.