03.11.2021 11:00
450
Amerika Basketbol Liqasında (NBA) “Feniks Suns” klubunda çıxış edən Kris Pol Nyu Orlean Pelikansa 112-100 hesabı ilə qalib gəldikləri oyunda tarixin ən çox "assist" (pas) edən 3-cü oyunçusu olub.
"CEMPİON.AZ" xəbər verir ki, karyerasında atdığı pasların sayını 10 min 346 çatdıran Pol, NBA-nın ən çox ötürmə edən oyunçuları siyahısında Mark Cekson (10 min 334) və Stiv Neşi (10 min 335) geridə qoyaraq 3-cü yeri tutub. Bu sahədə Polu Ceyson Kidd (12 min 91) və Con Stokton (15 min 806) qabaqlayır.
Qeyd edək ki, son dörddəbirdə təsirli performansı ilə Pelikanlara qalib gələn Sunsun təcrübəli oyun qurucusu Paul öz adını 14 xal, 18 ötürmə və 7 ribauntla ön plana çıxarıb.