Kiprin "Omoniya" klubunun futbolçusu Yannis Kusulos "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununu buraxacaq.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Nikosiya təmsilçisinin rəsmi tviter hesabında məlumat yayılıb. Zədədən əziyyət çəkən 25 yaşlı müdafiəçi bu gün Qətərdə əməliyyat olunacaq.
Onun növbəti ay yaşıl meydanlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, Yannis Kusulos "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları II tur qarşılaşmasını da eyni səbəbdən buraxmalı olub. Noyabrın 25-də keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.
IV turda isə Azərbaycan təmsilçisi Qazaxıstanda "Kayrat"ın qonağı olacaq, "Omoniya" İsveçrə "Bazel"ini qəbul edəcək. Hər iki qarşılaşma noyabrın 4-də gerçəkləşəcək.