03.11.2021 10:30
445
UEFA Çempionlar Liqasında 4-cü həftənin ilk oyun gününə yekun vurulub.
"CEMPİON.AZ" xəbər verir ki, dünənki oyunun nəticələrinə görə, "Bayern Münix" - "Benfika" matçında 7 qola imza atılıb. Matçda Levandovski het-trik edib. "Atalanta" - "Manchester United" qarşılaşmasında Cristiano Ronaldo qol seriyalarını davam etdirib.
UEFA Çempionlar Liqasının E qrupunda "Barselona" Kiyevin "Dinamo"sunun qonağı olub. Kataloniyalılar 70-ci dəqiqədə Ansu Fatinin qolu ilə qələbə qazanaraq xallarını 6-ya yüksəldib.
Qrupun digər oyununda "Bavariya" - "Benfika" qarşılaşmasında 7 qola imza atılıb. "Bavariya" "Benfika"nı qəbul edib. Almaniya komandası rəqibini Levandovskinin 26, 61 və 84-cü dəqiqələrdə, Qnabrinin 32 və 49-cu dəqiqələrdə vurduğu qollarla 5:2 hesabı ilə məğlub edib. "Benfika"nın qollarını Felipe Rodrigues və Darvin Nunes vurub.
F qrupunda “Vilyarreal” “Yanq Boyz”u qəbul edib. 36-cı dəqiqədə Kapunun vurduğu qolla ilə 1:0 hesabı ilə önə keçən İspaniya təmsilçisi 89-cu dəqiqədə Qroenevekdin qolu ilə fərqi 2-yə yüksəldib və qələbəyə imza atıb. Xalı 7-yə yüksəldən “Vilyarreal” önə keçib. “Yanq Boyz”un aktivində 3 xalı var.
Qrupun digər oyununda "Atalanta" "Mançester Yunayted"i qəbul edib. 12-ci dəqiqədə İliçiçin vurduğu qolla 1:0 önə keçən "Atalanta" 45-ci dəqiqədə Kriştiano Ronaldonun qoluna mane ola bilməyib. 56-cı dəqiqədə Zapatanın qapıdan keçirdiyi topla önə keçən İtaliya yığması 90+2-ci dəqiqədə Ronaldonu yenidən dayandıra bilməyib və matç 2:2 hesabı ilə sona çatıb.
G qrupunda Almaniyanın "Volfsburq" komandası Avstriya təmsilçisi "Zalsburq"u 2:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin qollarını 4-cü dəqiqədə Ridl Baku, 60-cı dəqiqədə Lukas Nmeça, 30-cu dəqiqədə isə Maksimilian Vöber vurub. Xallarını 5-ə yüksəldən "Volfsburq" bir matçdan sonra qrupda ikinci pilləyə yüksəlib. "Zalsburq" isə məğlubiyyətə baxmayaraq həftəni 7 xalla zirvədə tamamlamağa bacarıb.
Qrupun digər oyununda “Sevilya” Fransanın “Lill” komandasını qəbul edib. "Sevilya" 15-ci dəqiqədə 1:0 önə keçib. "Lill" isə 43-cü dəqiqədə penalti qazanıb. Penalti zərbəsini Conatan David qüsursuz tamalayıb və ilk hissə 1:1 hesabı ilə başa çatıb. İkinci hissəyə yaxşı başlayan "Lill"i 51-ci dəqiqədə vurduğu qolla İkone 2:1 hesabı ilə matçdan qalib ayrılıb. "Lille" qrupda ilk qələbəsini qazanaraq xalını 5-ə yüksəldib. "Sevilya"nın 3 xalı var.
H qrupunda turnirin son çempionu İngiltərə təmsilçisi "Çelsi" İsveçrənin "Malmö" komandasını 56-cı dəqiqədə Hakim Ziyeçin qapıdan keçirdiyi topla 1:0 hesabı məğlub edib. Çempionlar Liqasında qollarının sayını 8-ə yüksəldən Ziyeç turun ən yaxşılarından biri kimi yaddaşlarda qalıb. Bu nəticə ilə İngiltərə təmsilçisi 9 xala yüksələrək qrupda orta fərqlə "Yuventus"dan sonra ikinci yerdə qərarlaşıb. "Malmö" isə hələ ki, xalsız qalıb.
Qrupun digər oyununda "Yuventus" "Zenit"i qəbul edib. İtaliya komandası 12-ci dəqiqədə Dybalanın vurduğu qolla önə keçib. Zenit 26-cı dəqiqədə Bonuççinin avtoqolu ilə tarazlığı bərpa edib. İlk 45 dəqiqə 1:1 hesabı ilə bitib. Dybala bu dəfə 58-ci dəqiqədə penalti zərbəsi vurub. Kyesa isə 73-cü dəqiqədə fərqi 2-yə çatdırıb. 82-ci dəqiqədə Morata "Yuventus"un 4-cü qolunu vurub. Matç 4:2 hesabı ilə yekunlaşıb. Xallarını 12-yə yüksəldən "Yuventus" növbəti mərhələyə yüksəlib. "Zenit"in hesabında 3 xalı var.