04.11.2021 13:28
628
"Şadam ki, ikinci dəfə dünya çempionu oldum. Yuxarı yaş qrupunda da gözəl nəticələr əldə etmək üçün daha çox məşq edəcəyəm".
"CEMPİON.AZ" Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu sözlər Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərova məxsusdur. Sözügedən sayt Yunan-Roma üzrə güləşçimiz Həsrət Cəfərovla bağlı haqqında geniş məlumat paylaşaraq onun fikirlərinə də yer ayırıb:
"İlk dəfə güləş zalına qədəm qoyduqdan 10 il sonra Cəfərov nəinki dünya çempionu olmaq arzusunu həyata keçirib, o, üç ayda iki dəfə qələbə qazanıb. 19 yaşlı gənc U-23 dünya çempionatında 67 kq çəki dərəcəsində hər kəsi heyrətləndirib və avqustda Rusiyanın Ufa şəhərində yeniyetmələr arasında dünya çempionu olub.
Azərbaycan güləşçisi yüksək templə öz uğurlarını sıralayır. Bu, Serbiyanın Belqrad şəhərində Asiya çempionu Sultan Assetuli (QAZ), U-23 Avropa gümüş mükafatçısı Kadir Kamal (TÜR) və yeniyetmələr arasında qızıl medallı Asiya çempionu Məhəmməd Rezaeyi (İİR) üzərində qələbəsi ilə görüldü.
Güləşçimizin güləşə olan marağının uşaqlıqdan olduğunu və bunda onun böyük qardaşının da payı olduğu diqqətə çatdırılıb.
Həsrət Cəfərovun saytda paylaşılan nitqində qazandığı uğurları davam etdirmək üçün üzərində bundan sonra daha çox çalışacağı ilə bağlı işlətdiyi sözlər də yer alıb:
"Şadam ki, ikinci dəfə dünya çempionu oldum. Yuxarı yaş qrupunda da gözəl nəticələr əldə etmək üçün daha çox məşq edəcəyəm. Hər medal böyük məsuliyyət gətirir. Rəqiblərim parter texnikamı, ayaq üstə mübarizə üsulumu bilirlər. Çalışacağam ki, belə çətin qələbələr qazanmamaq üçün bunları daha da yaxşılaşdırım".