çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

“Manchester United” yolunu 1 ay Varansız davam etdirəcək

04.11.2021 14:54 Oxundu 472


“Manchester United” müdafiəçisi Rafael Varanı itirib.

"CEMPİON.AZ" xəbər verir ki, Fransa millisinin üzvü Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Atalanta” ilə oyunda zədələnib.
Tibbi müayinədən sonra 28 yaşlı mərkəz müdafiəçisinin bud əzələsindən xəsarət aldığı müəyyənləşib. Həkimlər onun təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.
Qeyd edək ki, Rafael Varan bu mövsüm 9 oyunda iştirak edib, 1 məhsuldar ötürmə verib.