İspaniyalı mütəxəssis Xavi "Barselona" futbol klubunun baş məşqçisi təyin olunub.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Müqavilə 2024-cü ilin yayına qədər qüvvədədir. Xavinin bu həftə sonu Barselonaya gələcəyi gözlənilir və klub noyabrın 8-də ispaniyalı ilə xüsusi mətbuat konfransı keçirəcək.
"Barselona"nın əvvəlki baş məşqçisi Ronald Kuman oktyabrın 27-də İspaniya çempionatında "Rayo Valyekano"ya qarşı keçirilən oyunda (0:1) Kataloniya komandasına məğlub olduqdan sonra istefaya göndərilib.
"Barselona" İspaniya çempionatında 11 matçın nəticələrinə görə 16 xalla 9-cu yerdədir. Çempionlar Liqasında “Barselona” altı xalla E qrupunda ikincidir. Kvartetə Almaniyanın “Bavariya”sı (12) başçılıq edir, üçüncü yerdə Portuqaliyanın “Benfika”sı (4), Ukrayna “Dinamo”su (1) turnir cədvəlini qapayır.
Qeyd edək ki, Xavinin 41 yaşı var, 2019-cu ildən Qətərin “Əl-Sədd” klubunu çalışdırı. Ötən mövsüm ispaniyalının başçılıq etdiyi komanda heç bir matçda uduzmadan Qətər çempionu və ölkə kubokunun sahibi olub. Klub həmçinin "Qətər Kuboku" 2020 və "Qətər Əmiri Kuboku"nu (2020) qazanıb. Xavi "Barselona"nın məzunudur, o, 1998-ci ildə əsas komandada debüt edib və 2015-ci ilə qədər bu komandada çıxış edib, bu müddət ərzində səkkiz İspaniya çempionluğu, üç "İspaniya Kuboku" və dörd "Çempionlar Liqası" daxil olmaqla 25 kubok qazanıb. İspaniya millisinin tərkibində o, ikiqat Avropa və dünya çempionu olmaqla yanaşı, Olimpiya Oyunlarının gümüş mükafatçısı olub. 2015-2019-cu illərdə Xavi "Əl-Sədd"də çıxış edib, 2019-cu ilin mayında futbolçu karyerasını başa vurub.
“Barselona” növbəti matçını noyabrın 6-da keçirəcək, İspaniya çempionatının 13-cü turunda Kataloniya klubu səfərdə “Selta” ilə qarşılaşacaq.