çərşənbə, 27 noyabr 2024

DİGƏR NÖVLƏR

"Formula 1" Çin Qran Prisinə ev sahibliyi etmək üçün müqavilənin vaxtını uzatdı

06.11.2021 09:40 Oxundu 466


"Formula 1" rəhbərliyi dünya çempionatının mərhələsinin Şanxayda keçirilməsi üçün Çin Qran Prisinin təşkilatçıları ilə müqavilənin müddətini 2025-ci ilə qədər uzadıb. 
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə "Formula 1"in mətbuat xidməti məlumat yayıb. Məsələ ilə bağlı "Formula 1"in prezidenti və baş direktoru Stefano Domenikali öz fikrini bildirib:

"Biz yarışların 2025-ci ilə qədər Şanxayda keçirilməsini elan etməkdən məmnunuq. Pandemiya səbəbindən Çini 2022-ci il üçün "Formula 1" təqviminə daxil edə bilmədiyimiz üçün məyus olduq. Çin sadəcə təqvimdə görünəcək. Ən qısa zamanda ora qayıtmağı səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Çin Qran Prisi 2004-cü ildən keçirilir. Koronavirus pandemiyası səbəbindən mərhələ 2022-ci il üçün Formula 1 təqviminə daxil edilməyib. 2020 və 2021-ci illərdə də yarış koronavirus səbəbindən keçirilməyib. Çin Qran Prisində qələbələrin sayına görə rekordçu britaniyalı Lyuis Həmiltondur (6). O, 2019-cu ildə Şanxayda keçirilən sonuncu yarışda da qalib gəlib.