çərşənbə, 27 noyabr 2024

BOKS

Millimiz dünya çempionatındakı 7-ci qızıl medalını qazanıb

06.11.2021 12:30 Oxundu 683


Alfonso Dominqes dünya çempionu tituluna yiyələnən 5-ci Azərbaycan boksçusu olub.
"CEMPİON.AZ"
xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda qızıl medal qazanan Avropa Oyunlarının qalibinə qədər 4 təmsilçimiz belə uğura imza atıb.
Onlardan Məhəmmədrəsul Məcidov (+91 kq) 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla rekordçudur. Boksçumuz 2011-ci, 2013-cü və 2017-ci illərdə birinci yeri tutub. Yığmamıza ilk qızıl medalı 2003-cü il Banqkokda Ağası Məmmədov (54 kq) qazandırıb. Cavid Çələbiyev (56 kq) 2013-cü ildə, Elvin Məmişzadə (52 kq) isə 2015-ci ildə mundialda Azərbaycan himnini səsləndirib. Ümumilikdə 5 çempionumuz 7 qızıl medal əldə edib.
Yığmamız indiyədək dünya çempionatlarında 22 mükafata sahib olub. Onlardan 7-si qızıldırsa, 4-ü gümüş, 11 bürünc medaldır.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını da qazanan Alfonso dünya çempionatının finalında finalda braziliyalı Keno Maçadoya qalib gəlib