çərşənbə, 27 noyabr 2024

DİGƏR NÖVLƏR

FIG prezidentliyinə iddialı azərbaycanlı vəzifəyə seçilmədi - Vatanabe yenidən prezident oldu

06.11.2021 13:41 Oxundu 517


Yaponiyalı Morinari Vatanabe ardıcıl olaraq ikinci dəfə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti seçilib. 
"CEMPİON.AZ"
xəbər verir ki, seçkilər FIG Konqresinin iclasında keçirilib. 
Vatanabe birinci turda səs çoxluğu ilə yenidən FIG-in prezidenti vəzifəsinə seçilib. Konqresin 81 nümayəndəsi onun lehinə, 47-si əleyhinə səs verib. Onun səlahiyyət müddəti 2024-cü ilə qədər hesablanıb.
Vətənabedən başqa, FIG prezidenti postuna azərbaycanlı Fərid Qayıbov iddia edib. Konqres həmçinin üç vitse-prezident seçəcək. Hazırkı vitse-prezidentlərdən Rusiya Bədii Gimnastika Federasiyasının rəhbəri Vasili Titov və Belarusu təmsil edən idman gimnastikası üzrə beşqat olimpiya çempionu Nelli Kim bu vəzifəyə namizəddirlər. Titov və Kim də yeddi yer üçün 21 namizədin iddia etdiyi yeni icraiyyə komitəsinə daxil olmaq üçün namizədlərdir. 
Qeyd edək ki, 62 yaşlı Vatanabe 2016-cı ildən FIG prezidenti vəzifəsində çalışır. Bundan əvvəl baş katib işləyib, Yaponiya Milli Olimpiya Komitəsinin üzvü olub. 2018-ci ildə Vatanabe Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçilib.