“Milan” futbol klubu İtaliya çempionatının 12-ci turu çərçivəsində səfərdə “İnter”lə 1:1 hesabı ilə heç-heçə edib. Görüş hər iki komandanın yer aldığı San Siro stadionunda baş tutub.
"CEMPİON.AZ" xəbər verir ki, “İnter”də Hakan Çalhanoğlu (11-ci dəqiqə, penalti), “İnter”in müdafiəçisi Stefan de Vreyin (17-ci dəqiqədə) hesabına avtoqola imza atıb. "Milan"ın qapıçısı Çiprian Teterusanu oyunun 27-ci dəqiqəsində penaltini dəf edib.
“Milan” ölkə çempionatındakı məğlubiyyətsizlik seriyasını 12 matça çatdırıb. Belə ki, "Milan" 32 xalla turnir cədvəlində ikinci, “İnter” 25 xalla üçüncü pillədə qərarlaşıb.
Növbəti turda “Milan” noyabrın 20-də səfərdə “Fiorentina” ilə, “İnter” isə noyabrın 21-də doğma meydanda “Napoli” ilə qarşılaşacaq
DÜNYA FUTBOLU
“Milan” ölkə çempionatındakı məğlubiyyətsizlik seriyasını davam etdirir
08.11.2021 11:22
441