çərşənbə, 27 noyabr 2024

BİZİM FUTBOL

Azərbaycan çempionatlarının heç-heçələri 

08.11.2021 13:09 Oxundu 456


Azərbaycan Premyer Liqasında mövsümün ən məhsuldar turu keçirilib.

"CEMPİON.AZ" xəbər verir ki, "Zəfər turu" adlanan X turda qapılardan 17 qol vurulub.

Orta məhsuldarlıq 4,25-ə bərabər olub. “Sabah” – “Zirə” (3:3) oyununda 6, “Keşlə” – “Neftçi” (3:2) matçında 5, “Sumqayıt” – “Qarabağ” (0:4) qarşılaşmasında 4 qol vurulub. Ən az top “Səbail” – “Qəbələ” görüşünə təsadüf edib – 0:2.

Azərbaycan çempionatlarında belə məhsuldarlıq sonuncu dəfə ötən mövsüm qeydə alınıb. Maraqlıdır ki, həmin vaxt da X tur məhsuldar alınıb. 19 qolun vurulduğu turda orta göstərici 4,75 olub.

Ötən il noyabrın 21-23-də keçirilən turda “Qarabağ” – “Sumqayıt” (6:1), “Qəbələ” – “Neftçi” (1:4), “Zirə” – “Keşlə” (3:1) və “Sabah” – “Səbail” (2:1) oyunları baş tutub.