çərşənbə, 27 noyabr 2024

ŞAHMAT

"Grand Swiss-2021"in qalibləri müəyyənləşdi

09.11.2021 10:28 Oxundu 613

Rusiyalı Qriqori Oparinlə final mərhələsində heç-heçə edən Əlirza Firuzca  "Grand Swiss-2021" turnirinin qalibi olub. 
"CEMPİON.AZ"
xəbər verir ki, o, 8/11 hesabı ilə bütün həmkarlarından yarım xal öndədir. Bu qələbə ilə Firuzca özü üçün həm 70 min ABŞ dolları məbləğində mükafatı, həm də 2022-ci ildə keçiriləcək şahmat üzrə "Dünya Çempion"u titulunu müəyyən edəcək namizədlər turnirinə vəsiqəni təmin edib.
İkinci yerə 7, 5/11 hesabla qrossmeyster Fabiano Karuana  yiyələnib. Karuana 2022-ci il namizədlər turnirinə ikinciliklə qatılacaq. O, bu yerə sahib olmaqla həmçinin 50 min ABŞ dolları miqdarında mükafat əldə edib. Üçüncü yerə  isə rusiyalı şahmatçı Qriqori Oparin sahib olub. Onun hesabında  7,5 xalı olsa da, tay-breyki zəif olduğu bildirilir.
Üçlüyü yeddi xalla 13 qrossmeyster ( Yu Yanqyi, Vinsent Keymer, Maksim Vaşye-Laqrav, Aleksandr Predke, Aleksey Şirov, David Houell, Qabriel Sarkisyan, David Anton, Anton Korobov, Samuel Sevian, Andrey Esipenko, Bogdan-Daniel Deac və Vladislav Artemiev)  izləyir.