çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Eddi Hou "Nyukas"lın baş məşqçisi oldu

09.11.2021 10:45 Oxundu 481

 


Eddi Hou "Nyukasl" futbol klubunun yeni baş məşqçisi təyin olunub. 
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə İngiltərə komandasının mətbuat xidməti məlumat yayıb. 
43 yaşlı mütəxəssislə müqavilə 2024-cü ilin yayına kimi qüvvədədir. Bu vəzifədə o, oktyabrın 20-də komandadan ayrılan Stiv Bryusu əvəzləyib.
Hou əvvəllər İngiltərənin “Bornmut” və “Bernli” komandalarının baş məşqçisi olub. O, həmçinin bir oyunçu kimi "Bornmut"u təmsil edib və İngiltərə "Portsmut"unda çıxış edib. 
Qeyd edək ki, 11 turdan sonra “Nyukasl” beş xal toplayaraq İngiltərə çempionatının 19-cu pilləsində qərarlaşıb. Komanda növbəti mərhələdə noyabrın 20-də öz evində “Brentford”u qarşılayacaq.