Türkiyəli mütəxəssis Samet Aybaba Azərbaycan milli komandasını çalışdırmaq variantının olduğunu təsdiqləyib.
"CEMPİON.AZ" xəbər verir ki, təcrübəli mütəxəssis AFFA nümayəndələri ilə də görüşüb. Son iş yeri “Adana Dəmirspor” olan mütəxəssis bildirib ki, danışıqlara başlanıb:
“Azərbaycan milli komandasının maraqlanması doğrudur. Bununla bağlı görüşdüyümüzü də söyləyə bilərəm. Lakin hələ rəsmi razılıq əldə olunmayıb. Danışıqlarımız davam edir”.
Aybaba millinin baş məşqçisi postunda Canni de Byazini əvəzləyə biləcək yeganə türkiyəli deyil. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Okan Burukla da görüşüb. “Başakşəhər”in sabiq çalışdırıcısının yaxın günlərdə Bakıya gəlməsi gözlənilir.
Qeyd edək ki, yığmanın indiki baş məşqçisi Canni de Byazinin müqaviləsi 2021-ci ilin sonunda başa çatır.
BİZİM FUTBOL
Millinin baş məşqçiliyinə namizəd adlar kimlərdir?
09.11.2021 11:15
435