çərşənbə, 27 noyabr 2024

BİZİM FUTBOL

Azərbaycan PL-da 2 oyunçu sarı vərəqə limitini aşdı

09.11.2021 12:45 Oxundu 458

Azərbaycan Premyer Liqasında iki futbolçu sarı vərəqə limitini aşması səbəbilə cəzalı duruma düşüb.
"CEMPİON.AZ" xəbər verir ki, bu səbəbdən “Qarabağ” Filip Ozobiçin, “Keşlə” Şəhriyar Əliyevin xidmətindən istifadə edə bilməyəcək.
Hər iki oyunçu X turda aldıqları vərəqə ilə xəbərdarlıq sayını 4-ə çatdırıb. Filip “Sumqayıt” (4:0), Şəhriyar “Neftçi” (3:2) üzərində qələbə zamanı cəzalanıb.
Milli komandaların qarşılaşmaları ilə əlaqədar fasilə ərəfəsində alınan xəbərdarlıqlar onların XI turda oynamasına “qırmızı işıq” yandırıb. Ozobiçlə Əliyev növbəti turda baş tutacaq “Qarabağ” – “Keşlə” görüşünü buraxacaq.
Qeyd edək ki, X turda daha iki oyunçu qırmızı vərəqə üzündən cəzalı duruma düşüb. Yurgen Qoxa “Səbail”in, Xuan Kamara “Sabah”ın növbəti matçında iştirak etməyəcək.