çərşənbə, 27 noyabr 2024

DİGƏR NÖVLƏR

London "Formula-1" üzrə dünya çempionatına ev sahibliyi edə bilər

10.11.2021 16:12 Oxundu 534


London "Formula-1" üzrə dünya çempionatına ev sahibliyi etməyə yaxındır.
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, şəhərin şərq hissəsində dövrənin tikintisinə maliyyə ayrılıb. 

Mənbənin məlumatına görə, maliyyəni Amerikanın "777 Partners" investisiya şirkəti təmin edib. Konsorsium Silverstounda davam edən Britaniya Qran Prisinə London Qran Prisinin də daxil edilməsi üçün "Formula-1" rəhbərliyi ilə danışıqlar aparır. Təklif  London meri Sadiq Xanın tam dəstəyini alıb.
2022-ci il mövsümü üçün Silverstounda Britaniya Qran Prisi iyulun 1-dən 3-dək keçiriləcək.