çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Şevçenko yeni komandası ilə ilk məşqini keçirib

10.11.2021 16:21 Oxundu 516


İtaliyanın “Genoa” futbol komandasının yeni baş məşqçisi Andrey Şevçenko ilk məşqinə çıxıb.

"CEMPİON.AZ" xəbər verir ki, Şevçenko noyabrın 7-də “Cenoa”ya baş məşqçi təyin edilib. 45 yaşlı ukraynalı mütəxəssislə müqavilə 2024-cü il iyunun 30-dək qüvvədədir. Şevçenko bu vəzifədə şənbə günü istefaya göndərilən David Ballardinini əvəzləyib.
Qeyd edək ki, Şevçenko 2016-cı ildən tutduğu Ukrayna millisinin baş məşqçisi postunu avqustda tərk edib. Onun rəhbərliyi altında Ukrayna millisi 2020-ci il Avropa çempionatının 1/4 finalına yüksəlib. 2004-cü ildə "Qızıl top"un qalibi Şevçenko futbolçu karyerasını 2012-ci ildə başa vurub. O, futbolçu kimi Kiyevin “Dinamo”, İtaliyanın “Milan” və Londonun “Çelsi” klublarında çıxış edib. 
12 turdan sonra 9 xal toplayan “Genoa” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.