11.11.2021 10:23
449
İspaniyanın “Barselona” futbol klubu komandanın sabiq futbolçusu, Braziliya millisinin müdafiəçisi Dani Alveslə müqavilə imzalamayacaq.
"CEMPİON.AZ" xəbər verir ki, Alves sentyabrda San-Pauludan ayrılıb. Hazırda heç bir komandada oynamır. 38 yaşlı oyunçunun xidməti "Barselona"ya təklif edilsə də, klub bu variantı rədd edib.
Alves 2008-2016-cı illərdə "Barselona"da çıxış edib, klubun tərkibində altı qat İspaniya çempionu, dörd dəfə ölkə kubokunun və Superkubokunun qalibi, həmçinin üçqat Çempionlar Liqası Kubokunun qalibi olub.
Alves “Sevilya”, “Yuventus”, “Paris Sen-Jermen” və digər komandalarda da çıxış edib. Braziliya millisinin heyətində 119 oyun keçirib və 8 qol vurub.