11.11.2021 14:52
461
İngiltərənin “Aston Villa” futbol klubu “Liverpul”un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Stiven Cerrardın baş məşqçi təyin olunduğunu açıqlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, müqavilənin müddəti dəqiqləşdirilməyib.
Mətbuatda yayılan bəzi xəbərlərə görə, müqavilənin müddəti 2 il yarım nəzərdə tutulub. "Aston Villa" "Liverpul"un 41 yaşlı keçmiş kapitanının transferi üçün "Reyncers"ə 4 milyon funt-sterlinq ödəyəcəyi bildirlir.
Bu mövsüm birminqhamlılar 11 matçda 10 xal toplayıb və Premyer Liqa cədvəlində 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Aston Villa"nın baş məşqçisi 2018-ci ildən komandaya rəhbərlik edən və onu 2018/19 Premyer Liqasına qaytaran Din Smitin təqaüdə çıxmasından sonra boşda qaldı.