"Old Trafford" rəhbərləri Ole Qunnar Sulşerin yerinə britaniyalı məşqçi təyin etmək istəyir.
"CEMPİON.AZ" "Daily Star" agentliyinə istinadən xəbər verir ki, Ole Qunnar Sulşerin “Manchester United”dən göndəriləcəyi təqdirdə komanda Brendan Rocerslə müqavilə bağlayacağına əmindir. Rəhbərlik belə düşünür ki, "United" kimi komandaya "yox"demək mümkün deyil.
Xəbərdə deyilir ki, Brendan Rocerslə razılıq "Manchester United"in 1 nömrəli hədəfidir. Şimali irlandiyalı baş məşqçinin hazırkı müqaviləsinə əsasən, "Lester" Avropanın top-klubundan təklif gələcəyi təqdirdə, onu buraxmalıdır. Rocers "tülkülər"ə 2019-cu ildən rəhbərlik edir. Əvvəllər o, İngiltərənin "Redinq", "Çelsi"nin U-18 və U-23 komandaları, "Uotford", "Liverpul", Uelsin "Suonsi" və Şotlandiyanın "Seltik" klublarında çalışıb.
"Mançester Yunayted"ə isə 2018-ci ildən Ule Qunnar Sulşer rəhbərlik edir. 48 yaşlı norveçli baş məşqçi 1996 - 2007-ci illərdə "qırmızı şeytanlar"ın oyunçusu olub.
DÜNYA FUTBOLU
"Old Trafford" rəhbərləri Sulşerin yerinə Rocersi gətirmək istəyir
11.11.2021 14:56
464