11.11.2021 17:13
460
İngiltərə milli futbol komandası itki ilə üzləşib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə millinin saytında məlumat yayılıb. “Vest Hem”in futbolçusu Deklan Rays yığmanın noyabr oyunlarında iştirak etməyəcək.
22 yaşlı yarımmüdafiəçi millinin düşərgəsini tərk edib. Buna futbolçunun xəstələnməsi səbəb olub. O, DÇ-2022-nin seçmə mərhələsinin noyabrın 12-də Albaniya, üç gün sonra San-Marinoya qarşı keçiriləcək matçlarını buraxacaq.
Qeyd edək ki, Raysa qədər Markus Reşfordla Ceyms Uord-Prausun bu matçlardan kənar qalacağı dəqiqləşib. Meuson Mauntla Lük Şounun iştirakı isə sual altındadır.