11.11.2021 17:17
434
“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba klubu ilə müqavilə müddətini uzatmağa hazırdır.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə ingilis mətbuatı yazır. Fransa millisinin üzvünün bunun üçün şərti var.
28 yaşlı orta sahə oyunçusu “qırmızı-şeytanlar”da ən çox maaş alan futbolçu olmaq arzusundadır. Hazırda həftəlik maaşı 560 min avro olan hücumçu Kriştiano Ronaldo klubda ən çox məvacib alan oyunçudur. Poqba isə 580 min avro qazanacağı təqdirdə qalmağa razılıq verəcək.
Qeyd edək ki, 2016-cı ildən “Mançester Yunayted”də çıxış edən Poqbanın müqavilə müddəti mövsümün sonuna qədərdir. O, bu mövsüm 13 oyunda 7 məhsuldar ötürmə verib.