12.11.2021 11:40
453
Noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qətər beynəlxalq yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
"CEMPİON.AZ" "AFFA"ya istinadən xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı Litvadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Donatas Rumşas
Baş hakimin köməkçiləri: Aleksandr Radius, Dovidas Sujiedelis
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan)