13.11.2021 08:46
518
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi Onat Kurtun yeni iş yeri bəlli olub.
"CEMPİON.AZ" xəbər verir ki, 34 yaşlı türkiyəli mütəxəssis karyerasını vətənində davam etdirəcək.
Kurt Türkiyənin kişilərdən ibarət voleybol yığmasında fəaliyyət göstərəcək. Türkiyə Voleybol Federasiyası ilə anlaşan mütəxəssis “ay-ulduzlular”ın meneceri təyin edilib.
Qeyd edək ki, millimizin sabiq voleybolçusu Oksana Kurtun həyat yoldaşı olan mütəxəssis son 9 ili ölkəmizdə çalışıb. O, Azərbaycan Voleybol Federasiyası, qadınlardan ibarət yığma və “Azərreyl” klubunda müxtəlif vəzifələrdə işləyib.