çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

İngiltərə millisi 113 il sonra qol rekordunu yenilədi

13.11.2021 09:32 Oxundu 490


2022-ci il dünya çempionatının seçmə oyununda Albaniyanı 5:0 hesabı ilə məğlub edən İngiltərə millisi yeni rekorda imza atıb.

"CEMPİON.AZ" xəbər verir ki, Qaret Sautgeytin baş məşqçi olduğu komanda 2021-ci ildə 41-ci qolunu vurub.
Beləliklə, yığma 1908-ci ildəki qol rekordunu geridə qoyub. Həmin vaxt britaniyalılar 39 dəfə fərqlənməyi bacarıb.
Qeyd edək ki, İngiltərə millisi 23 xalla I qrupunda liderdir.