15.11.2021 12:32
441
Rusiya millisinin azarkeşləri Xorvatiya millisi ilə görüşdə topu öz qapısına vuran millinin müdafiəçisi Fyodor Kudryaşova dəstək olublar.
"CEMPİON.AZ" Rusiya mətbuatına istinadən xəbər verir ki, son 5 postunun altında şərh bölməsini bağlayan Kudryaşovun instaqram səhifəsinin izləyiciləri onun avtoqola imza atmasını tənqid etsə də, bir çox izləyicilər oyunçuya dəstək nümayiş etdirib.
Azarkeşlər Kudryaşova narahat olmamağı, mənfi düşüncəli insanlara fikir verməməyi, "hər şeyin yaxşı olduğunu", "bunun bir oyun olduğunu" qeyd etməyi və "pley-off"da qələbə qolunu vurmağı tövsiyə ediblər.
Xatırladaq ki, Rusiya millisi ötən gün 2022-ci il dünya çempionatının seçmə turnirinin qrup mərhələsinin son turunda səfərdə Xorvatiya millisi ilə qarşılaşıb. Rusiya yığması əvvəlcə heç-heçə ilə kifayətləndiyi oyunda sonradan 0:1 hesabı ilə uduzub. Top Kudryaşovun avtoqolu nəticəsində qeydə alınıb. H qrupunda turnirin final hissəsinə birbaşa vəsiqə alan Rusiya komandası məğlubiyyətə görə 1-ci yeri tuta bilməyib. Bu hesabla da Karpinin yetirmələri 2-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Rusiya millisi dünya çempionatına vəsiqə qazanmaq üçün "pley-off" mərhələsində mübarizə aparacaq. "Pley-off" mərhələsinin püşkatma mərasimi noyabrın 26-da, oyunlar isə 2022-ci il martın sonunda keçiriləcək.