15.11.2021 13:18
451
DÇ-2022-nin ev sahibi Qətər millisinin futbolçuları yoldaşlıq görüşündə Azərbaycan yığması ilə səfərdə heç-heçə edib.
"CEMPİON.AZ" xəbər verir ki, ötən gün Bakıda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Millimizdə qolları Emin Mahmudov öz adına yazdırıb. Belə ki, o, 37-ci və 68-ci dəqiqələrdə topu rıqib komandanın qapısından keçirməklə dubla imza atıb. Qonaqların da qollarının sahibi Almoez Əli olub. O, 23-cü və 78-ci dəqiqələrdə millimizin qapısını silkələyib.
Qətər millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Avropanın seçmə mərhələsinin A qrupunun komandaları ilə yoldaşlıq oyunları keçirib. 10 görüşdə iki qələbə qazanıb, üç heç-heçə və beş məğlubiyyətlə üzləşib. Millimiz isə 2 dəfə Serbiya (hər iki dəfə - 0: 4) və Portuqaliya (1: 3 və 0: 3) milli komandalarına uduzub. İrlandiya millisi ilə (1: 1 və 0) hesabları ilə bir dəfə uduzub, bir dəfə heç-heçə edib. Azərbaycan (2:2 və 2:1) və Lüksemburq (1:0 və 1:1) komandaları ilə şərti dörd xalı əldə ediblər