çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

"Barça"-nın tviter səhifələri Ronaldonu ələ saldı - portuqalların gücünün Azərbaycana çatdığı deyildi

15.11.2021 15:15 Oxundu 616


“Barselona”nın tvitter səhifələrindən biri Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu ələ salıb.
"CEMPİON.AZ"
xəbər verir ki, 36 yaşlı forvardın kataloniyalıların sabiq kapitanı Lionel Messi ilə müqayisəsi aparılıb.
Argentinalı oyunçunun “Manchster City” və Serbiyaya qol vurması fonunda Ronaldonun hansı üstünlüyə malik olduğu qeyd olunan yazıda portuqaliyalının gücünün Azərbaycan kimi zəif komandalara çatdığı vurğulanıb:
“Messi “Manchster City”yə 2 qol vurdu, dünya çempionatında Serbiya ilə görüşdə fərqləndi. Ronaldo isə hər iki komanda ilə matçlarda məyusluq yaşadı. Ancaq Ronaldonun qoç olduğuna inanmalıyıq, çünki o, Azərbaycan, Farer adaları və Lüksemburqa qol vurur. Messi Braziliya, Çili, Uruqvay, Kolumbiya kimi rəqiblərin yer aldığı yarışdan mundiala vəsiqə qazanır. Ronaldo isə ən “istedadlı” komandaların olduğu qrupda mübarizə apardı”.
Bir başqa tvitter səhifəsi isə Portuqaliyanın millimizin yer aldığı qrupda birinci yeri tuta bilməməsini tənqidlə qarşılayıb: “Əgər siz Portuqaliya kimi istedadlı komandasınızsa və Serbiya, Azərbaycan, İrlandiya, Lüksemburqun yer aldığı qrupda birinci yeri tuta bilmirsinizsə, dünya çempionatına getməməyiniz daha yaxşı olar”.
Qeyd edək ki, A qrupunda 17 xalla ikinci yeri tutan Portuqaliya yığması mundiala vəsiqə üçün "play-off" oyunu keçirəcək. Azərbaycan millisi isə 1 xalla qrup sonuncu yerdə qərarlaşıb.