çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

"Bəhanə yoxdur": Ronaldo Dünya Kubokunun seçmə mərhələsindəki məğlubiyyətdən yazdı

15.11.2021 16:34 Oxundu 493

Futbol üzrə Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldo 2022-ci il dünya çempionatının seçmə mərhələsində serblərə məğlubiyyəti ağır adlandırsa da, komandanın turnirin final hissəsinə çıxmaq əzmində olduğunu vurğulayıb.

"CEMPİON.AZ" xəbər verir ki, əfsanəvi futbolçu Ronaldo bu barədə öz instaqram hesabında yazıb:
"Futbol bizə bir daha göstərir ki, bəzən ən çox arzu olunan nəticələrə gətirib çıxaran dolama yollardır. Dünənki nəticə çətin oldu, amma bizi qırmağa kifayət etmədi. 2022-ci il dünya çempionatına getmək məqsədi hələ də qalır və biz nəyə ehtiyacımız olduğunu bilirik. Ora çatmaq üçün nə etmək lazımdır? Heç bir bəhanə yoxdur. Portuqaliya Qətərə gedir”.
Qeyd edək ki, Lissabonda serblər A qrupunda Portuqaliya millisini 2:1 hesabı ilə məğlub edərək Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıblar. Portuqaliya millisi dünya çempionatının "play-off" mərhələsində mübarizə aparacaq. "Play-off" mərhələsinin püşkatma mərasimi noyabrın 26-da, oyunların özü isə 2022-ci il martın sonunda keçiriləcək.