çərşənbə, 27 noyabr 2024

BOKS

Boks üzrə dünya çempionu Alvares xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara 49 min dollar bağışlayıb

16.11.2021 11:31 Oxundu 454

76,2 kq çəki dərəcəsində boks üzrə dünya çempionu, meksikalı Saul Alvares xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədilə "Nariz Roja" (Qırmızı Burun) xeyriyyə fonduna 1 milyon Meksika pesosu (təxminən 49 min dollar) bağışlayıb. 
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə xeyriyyə fondu öz tviter hesabında məlumat yayıb:
"Kanelo (Alvarezin ləqəbi) ürəyinizi yenidən xərçənglə mübarizə aparan çempionlara açdığınınz üçün təşəkkür edirik. Xeyli uşaq və qadınlar üçün əsl möcüzə yaratdınız. Siz həyat çempionusunuz!".
Alvarezin 31 yaşı var. Onun rekorduna 57 qələbə (39 KO), bir məğlubiyyət və iki heç-heçə daxildir. Noyabrın 7-də meksikalı 76,2 kq çəki dərəcəsində Amerika Kaleb Plantını 11-ci raundda nokautla məğlub edərək tarixdə ilk mütləq dünya çempionu oldu.