çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

İtaliya yığması DÇ-2022-yə birbaşa vəsiqəni əldən verib

16.11.2021 11:44 Oxundu 503

Hazırkı Avropa çempionu İtaliya millisi dünya çempionatının seçmə mərhələsinin final oyununda Şimali İrlandiya yığması ilə heç-heçə edərək Qətərdə keçiriləcək turnirin finalına birbaşa vəsiqəni əldən verib.
"CEMPİON.AZ"
xəbər verir ki, Belfastda keçirilən C qrupunun görüşü 0:0 hesabı ilə başa çatıb.
İtaliyalıların qrupdakı rəqibi İsveçrə millisinin futbolçuları Luzerndə Bolqarıstan yığmasını 4:0 hesabı ilə məğlub edib. Qolları Noa Okafor (48-ci dəqiqə), Ruben Varqas (57), Sedrik İtten (72) və Remo Freuler (90+1) vurub.
Hesabında 18 xal olan İsveçrə millisi Qətərdə keçirilən dünya çempionatına birbaşa vəsiqə uğrunda mübarizəni 2-ci yerdə (16 xal) tamamlayan italyanları üstələyərək hazırda qrupa başçılıq edir. İtaliya yığması isə "play-off"da çıxış edəcək. Püşkatma mərasimi noyabrın 26-da Sürixdə keçiriləcək.
Şimali İrlandiya yığması (9 xal) seçmə mərhələni üçüncü pillədə başa vurub. Bolqarıstan (8) komandası dördüncü, Litvalılar (3) isə beşinci yerdə qərarlaşıb.