çərşənbə, 27 noyabr 2024

DİGƏR NÖVLƏR

Polşanın cüdo yığmasını həmyerlimiz çalışdıracaq

17.11.2021 13:44 Oxundu 638


Azərbaycanlı cüdo məşqçisi Rəşad Həsənov Polşa millisini çalışdıracaq.
"CEMPİON.AZ"
xəbər verir ki, gənc məşqçi bu ölkənin kişilərdən ibarət cüdo milisinin baş məşqçisi təyin olunub. Bu barədə qərarı Polşa Cüdo İttifaqının İdarə Heyəti verib.
Həsənov 2021-24-cü illərdə polşalılara rəhbərlik edəcək. Qurumun prezidenti Yatsek Zavadka qarşıdakı olimpiya tsiklinin həmyerlimizə güvənilməsinin səbəbinə aydınlıq gətirib: “Həsənov zəngin bilik və bacarığa malikdir. Gənc yaşına baxmayaraq iddiası və təcrübəsi ilə seçilir. O, hərtərəfli və yaxşı təhsilə malikdir. Həsənov yığmada baş məşqçi postunda çalışmağa hazır mütəxəssisdir. Onun əsas missiyası cüdonu yüksək səviyyəyə çatdırmaqdır. Onun yetirmələri yeniyetmələr arasında dünya çempionatlarında çıxış edib. Turan Bayramov isə 60 kq çəkidə gümüş medal qazanıb. Seçimimizi onun üzərində dayandırana qədər Həsənov barədə çox müsbət məlumatlar toplamışıq. Bütün bunlar onunla ünsiyyət zamanı da təsdiqini tapdı. O, bizimlə çalışmağına xoşbəxtdir, personalın işinə nəzarət edir, gənclərimizdə böyük potensial görür. Həsənov təkrar-təkrar uğura çox çalışmaqla nail olacağımızı deyir”.
Zavadka baxışlarının üst-üstə düşdüyünü də gizlətməyib: “Yeni baş məşqçinin işə yanaşması bizimki ilə üst-üstə düşür. Yaxın gələcəkdə uğur qazanmaq istəyirik. İdmançıların mentalitetinin dəyişməsi, ustalıqlarının artması, Olimpiya Oyunlarına yüksəlməsi və orada medal qazanmasını istəyirik”.
Qeyd edək ki, Azərbaycanın U-17 yığmasının baş məşqçisi olmuş Həsənov gənclər millisində də məşqçilər korpusunda yer alıb.