Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları yekunlaşıb.
"CEMPİON.AZ" xəbər verir ki, 5-ci turda hər iki komandamız heç-heçə edib. Kişilərdən ibarət yığmamız Rusiya, qadın şahmatçılarımız isə Ukrayna komandası ilə sülh bağlayıblar. Bu gün isə istirahət günüdür. Noyabrın 18-də keçiriləcək 6-cı turda qadın şahmatçılarımız İtaliya, kişi şahmatçılarımız isə Ermənistan yığması ilə qarşılaşacaqlar. Beləliklə, 5 turdan sonra qadınlardan ibarət komandamız 7 xalla ilk beşlikdədir. Kişilərdən ibarət komandamız isə 8 xalla liderlər qrupundadır.Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 31 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.
ŞAHMAT
Avropa Çempionatı: Hər iki komandamız heç-heçə etdi
18.11.2021 10:38
509