“Barselona” yeni transferi Dani Alveşi təqdim edib.
"CEMPİON.AZ" xəbər verir ki, Kataloniya klubuna qayıdan braziliyalı futbolçu “Nou Kamp”da azarkeşlərin önünə çıxıb.
38 yaşlı sağ cinah müdafiəçisinin təqdimat mərasimində 10 min azarkeş toplaşıb. Alveş keçidi ilə bağlı bunları deyib: “Bura gəlişim çox maraqlı alındı. Klub prezidenti ilə danışdım, pul verməsələr belə, komandaya kömək etmək üçün qayıtmaq istədiyimi dedim. İsrar etdim, prezident qərarın baş məşqçi Xavi Ernandes tərəfindən veriləcəyini söylədi. Xavinin dönüşü şansımı artırdı. O mənə zəng vuranda pulsuz da olsa, qayıtmaq istədiyimi bildirdim”.
Qeyd edək ki, 2008-2016-cı illərdə “Barselona”nın formasını geyinən Alveşin La Liqa təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.
DÜNYA FUTBOLU
Alveş "Barça"ya ödənişsiz belə gəlməyə hazır olub
18.11.2021 10:46
437