18.11.2021 12:06
454
Braziliya prezidenti Jair Bolsonaro dünya çempionatının iki ildən bir keçirilməsinin tərəfdarı olduğunu bildirib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzeti məlumat verib. Prezident bunu Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino ilə görüşü zamanı deyib.
"Mən iki ildən bir dünya çempionatının keçirilməsi ideyasını alqışlayıram, bu, iqtisadiyyata yaxşı təkandır. Dörd il, yəqin ki, bir az uzundur".
Siyasətçi əlavə edib ki, o, həm də çempionatlar arasında iki il fasilə ilə dünya klub turnirinin keçirilməsi ideyasına tərəfdardır.
FİFA rəhbərinin özü də mətbuata açıqlama verərək, futbol üzrə dünya çempionatları arasındakı müddətin yarıya endirilməsi məsələsinin hələ də müzakirə olunduğunu bildirib.
Qeyd edək ki, Dünya Kuboku oyunları 1930-cu ildən keçirilir. Turnirin ilk üç püşkatma mərasimi dörd il fasilə ilə keçirilirdi, bundan sonra İkinci Dünya Müharibəsi səbəbindən dünya çempionatı 1950-ci ilə qədər keçirilmədi. Bu vaxtdan etibarən turnir dörd ildən bir keçirilir. Növbəti tur 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçiriləcək.