çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Əlcəzair – Burkina Faso matçında Əlcəzairdən maraqlı addım 

18.11.2021 12:46 Oxundu 436


DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində keçirilən Əlcəzair – Burkina Faso matçında maraqlı hadisə yaşanıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə “DzFoot” nəşrinin jurnalisti Valid Ziani məlumat yayıb. Əlcəzair yığmasının rəsmiləri Burkina Faso tərəfinin matçın keçiriləcəyi stadiona cadu etdiyini iddia edib.
Əlcəzair millisinin nümayəndələri stadiona imam çağırıb və cadunu pozmaq üçün dua oxutdurub.
Qeyd edək ki, sözügedən qarşılaşma 2:2 hesabıyla başa çatıb.