18.11.2021 13:53
455
"Milan"ın hücumçusu Zlatan İbrahimoviç klubu ilə yeni müqavilə imzalayacaq.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport"a nəşri məlumat yayıb. Xəbərdə deyilir ki, yeni müqavilənin müddəti 2023-cü ilin iyununda başa çatacaq. Qeyd olunur ki, "Milan" qış transfer pəncərəsindən sonra 40 yaşlı İbrahimoviçlə danışıqlara başlayacaq. Hücumçunun klubla hazırkı müqaviləsi 2022-ci ilin iyununa kimi hesablanıb, onun maaşı illik 7 milyon avrodur. O, Milanın ən çox maaş alan futbolçusudur.
Bildirilir ki, İbrahimoviçlə danışıqlara başlamazdan əvvəl "Milan" rəhbərliyi Teo Hernandes, Rafael Leao və İsmael Bennasi ilə müqavilənin uzadılmasını başa çatdırmaq istəyir.