18.11.2021 15:37
434
Kamerun milli komandasının sabiq hücumçusu Samuel Eto O ölkəsinin futbol federasiyasının prezidentliyinə namizəd olub.
"CEMPİON.AZ" xəbər verir ki, bunu veteran futbolçunun özü açıqlayıb.
Samuel bunu instaqram vasitəsilə bəyan edib: “Mən Kamerun Futbol Federasiyasının prezidentliyinə qarşıdakı seçkilərdə namizədliyimi rəsmən irəli sürmüşəm. Bu, mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, federasiyada islahatlar aparmağa və futbolumuzu yeni səviyyəyə qaldırmağa kömək edə biləcəyəm”.