Sloveniyanın Çatej şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir.
"CEMPİON,AZ" xəbər verir ki, ötən gün VI turun qarşılaşmaları baş tutub.
Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşıb. Qədir Hüseynovun istirahət etdiyi turda bütün şahmatçılarımız rəqibləri ilə heç-heçə edib. Liderlər qrupunda qərarlaşan yığmamız 1 xalla kifayətlənib.
Qadın millimiz isə İtaliya ilə görüşüb. Gövhər Beydullayevanın iştirak etmədiyi qarşılaşma komandamız üçün uğurlu alınıb. Ülviyyə Fətəliyevanın qara fiqurlarla qazandığı qələbə millimizə 2 xal gətirib. Digər lövhələrdə heç-heçə qeydə alınıb – 3:1.
Avropa çempionatı
VI tur, 18 noyabr
Kişilər
Azərbaycan - Ermənistan - 2:2
Şəhriyar Məmmədyarov - Qabriel Sarkisyan - 0,5:0,5
Teymur Rəcəbov - Hayk Martirosyan - 0,5:0,5
Robert Ovanisyan - Rauf Məmmədov - 0,5:0,5
Nicat Abasov - Samvel Ter-Sahakyan - 0,5:0,5
Turnir cədvəli: 1. Rusiya - 10 xal, 2. Azərbaycan, 3. İspaniya, 4. Ukrayna, 5. Niderland, 6. Ermənistan – hamısı 9 xal
Qadınlar
İtaliya - Azərbaycan - 1,5:2,5
Marina Brunello - Günay Məmmədzadə - 0,5:0,5
Olqa Zimina - Gülnar Məmmədova - 0,5:0,5
Tea Queçi - Xanım Balacayeva - 0,5:0,5
Daniela Movilyanu - Ülviyyə Fətəliyeva - 0:1
Turnir cədvəli: 1. Rusiya – 12, 2. Gürcüstan - 10, 3. Azərbaycan, 4. Ukrayna – hər ikisi 9.