19.11.2021 10:36
444
Niderland prokurorluğu Moskva "Spartak"ının və Niderland millisinin yarımmüdafiəçisi Qvinsi Promes haqqında adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açacaq.
"СEMPİON.AZ" xəbər verir ki, bu barədə Niderlandın “ De Telegraaf ” qəzeti məlumat yayıb. Promes 2020-ci ildə Utrext əyalətində baş verən insidentdə iştirakına görə, şübhəli bilinərək həbs edilib. Prokurorluq yarımmüdafiəçini 29 yaşlı şəxsi öldürməyə cəhd etdiyi üçün mühakimə edib. Hadisə futbolçunun əmisi oğlu diz nahiyəsindən aşağı bıçaqla yaralanmasından sonra baş verib. Yekun qərar təqsirləndirilən şəxsin vəkilinin istintaqla bağlı bütün vəsatətləri təmin edildikdən sonra veriləcək. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb”.
Qeyd edək ki, Promes 29 yaşındadır və o, 2021-ci ilin fevralından "Spartak"da oynayır. Əvvəllər 2014-2018-ci illərdə “qırmızı-ağlar”da çıxış edən hücumçu komandanın tərkibində Rusiya çempionu və Rusiya Superkubokunun sahibi olub. Futbolçu Niderlandın “Tvente” və “Ayaks”, İspaniyanın “Sevilya” klublarında da çıxış edib. Promes Niderland millisinin tərkibində 50 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.